Tibb mütəxəssislərinin sertifikasiya haqqında bilikləri artırılır
Bakı, 17 may (AZƏRTAC). Bu ilin aprel ayının sonlarından başlayaraq “Tibb mütəxəssislərinin sertifikasiya ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tibb müəssisələrində məlumatlandırma təlimləri keçirilir, tibb işçilərinin sertifikasiya ilə bağlı sualları yerindəcə cavablandırılır, hazırlıq üçün məsləhətlər verilir.
Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya ilə bağlı kommunikasiya materialları (“Suallar və cavablar”, “Sertifikasiyaya hazırlıq üçün tövsiyələr”, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası ilə bağlı normativ-hüquqi aktlar”) nəşr edilərək təlimlər zamanı iştirakçılar arasında paylanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]