Tikintiyə icazənin uzadılması ilə bağlı qərar dərhal icra olunacaq QƏRAR
Bakı, 27 yanvar, AZƏRTAC
Tikintiyə icazənin qüvvədə qalma müddətinin uzadılması ilə bağlı hallara dəyişiklik olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.14-cü maddəsinə əsasən “qərar verildiyi andan” dərhal sonra Tikintilərin Dövlət Reyestrinə təqdim edilir.
Qeyd edək ki, əvvəl bu məlumat üç iş günü ərzində Tikintilərin Dövlət Reyestrinə təqdim edilirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]