“TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılır
Bakı, 14 sentyabr, AZƏRTAC
Məlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınıb və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılıb.
Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [18:26]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [17:46]
DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub VİDEO
- 21.09.2026 [17:33]
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
- 21.09.2026 [17:23]
AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
- 21.09.2026 [17:20]
“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub
- 21.09.2026 [17:17]
Salyanda narkotik vasitələrdən istifadənin zərərləri barədə danışılıb
- 21.09.2026 [17:07]