TKTA ilə “Times Higher Education” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 31 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” arasında onlayn görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Times Higher Education” təşkilatının qlobal məsələlər üzrə baş direktoru Fil Bati və konsaltinq üzrə icraçı direktoru Elizabet Şeferd, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi Zülfiyyə Şəfiyeva iştirak ediblər.
Görüş zamanı “Times Higher Education” reytinqləri, o cümlədən həyata keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verilib.
Ali təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyəti barədə müzakirələrin aparıldığı görüşdə Ülkər Səttarova ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının gücləndirilməsi və beynəlxalq sahədə nüfuzunun artırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin sözügedən istiqamətdə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]