Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tofiq Heydərov: Azərbaycan Ağır Atletika Federasiyası ölkəmizin idman siyasətində ön sıralarda olacaq

Bakı, 22 oktyabr, AZƏRTAC 

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət yaradaraq idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev idmançılarımızın yetişməsi, beynəlxalq yarışlarda qələbələr qazanması, dövlətimizin adını həmişə uca tutmasına xüsusi diqqət yetirir, onlar üçün hər cür şəraitin yaradılmasına qayğı göstərirdi. Bu siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir.

Göstərilən bu yüksək etimadı daim layiqincə doğruldan idmançılarımızın qatıldıqları bütün beynəlxalq turnirlərdən yüksək əyarlı medallarla qayıtmaları artıq xoş ənənəyə çevrilib. Növbəti belə uğurlardan biri Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qazanıldı. Milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medala sahib oldu. Olimpiadada ölkəmizin aktivinə medal qazandıran idmançılardan biri də ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayevdir (85 kq).

AZƏRTAC-ın əməkdaşı idmançımızın Olimpiadaya hazırlığı, ağır atletika idman növünün ölkəmizdəki inkişafı və perspektivləri barədə Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Tofiq müəllim, Tarmenxan Babayevin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını necə qiymətləndirirsiniz?

- Tarmenxan Babayevin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm. Federasiyamız bu çıxışı qızıl medal kimi dəyərləndirir və atletimiz Olimpiadanın qalibi kimi mükafatlandırılacaq. Bunu etməyə əsaslarımız var. Belə ki, T.Babayev Olimpiadada çıxış edən atletlərdən bir yaş kiçik idi. Onun 16 yaşı olmasına baxmayaraq, belə gözəl nəticə əldə edib. İkincisi, idmançımızın 94 kiloqram çəki dərəcəsində çıxış etməsidir. Atletimiz bu çəki dərəcəsində Avropa çempionu olub. Olimpiya Oyunlarında çəki dərəcələri azaldılır və 94 kiloqram çəki dərəcəsində yarış keçirilmədi. Avropa çempionatından sonra məşqçilər heyətinin qərarına əsasən, idmançımız Olimpiadada 85 kiloqram çəki dərəcəsində çıxış etdi. Ancaq idmançımız əvvəlki nəticələrini göstərə bilmədi. Həmin göstəricilər Tarmenxan Babayevin Olimpiya çempionu olması üçün yetərli idi. Burada vaxt amili də, özünü göstərirdi. Atletimizin çıxışı Bakı vaxtı ilə gecə saat 2-yə təsadüf edirdi. Sevindirici haldır ki, Tarmenxan məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirərək medal qazanmağı bacardı. Cüzi səhv onu qızıl medaldan ayırdı və çempionluq İtaliya idmançısına qismət oldu.

Atletimizin “Buenos-Ayres 2018”də medal qazanması Azərbaycan ağır atletika tarixində yeni səhifə açdı. 2010-cu ildə Sinqapurda təşkil olunan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında təmsilçimiz Nicat Rəhimov qızıl medal qazanmışdı. Bir yaş kiçik olan Tarmenxan Babayevin çıxışını Nicat Rəhimovun mübarizəsi ilə eyni qiymətləndirirəm. Bir il sonra Tarmenxanın nəticəsi Nicatın uğurları ilə eyni ola bilər.

- Ağır atletika üzrə Azərbaycan millisinin “Buenos-Ayres 2018”dəki çıxışı sizi qane etdimi?

- Olimpiadaya lisenziyanı ötən il yeniyetmələrin dünya birinciliyində komanda hesabında qazandıq. İkinci vəsiqəni qazanmaq üçün cüzi xalımız çatmadı. Həmin turnirdə komanda hesabında doqquzuncu olduq. Əgər səkkizinci yerin sahibi olsaydıq, iki lisenziya əldə edərdik. Qızlarımız Avropa birinciliyində lisenziya qazanmalı idilər. Müəyyən səbəblərdən komandamız yarışlara buraxılmadı. Beynəlxalq Ağır Atletika Federasiyası ölkəmizdə dopinqlə mübarizəni, qadınlar arasında idmanın bu növünün inkişafını və Azərbaycanda idmana göstərilən diqqəti nəzərə alaraq Lalə Rzazadəyə “wild card” verdi. Lalə də ümidlərimizi doğrultdu. Belə ki, o, son Avropa birinciliyində altıncı olmuşdu. Lalənin çıxışı bizim üçün əlamətdar oldu. Azərbaycan ağır atletika tarixində ilk dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmiz qadın idmançı ilə təmsil olundu. Lalə Olimpiadada altıncı yeri tutdu. Federasiya olaraq, biz onun nəticəsini bürünc medal kimi qəbul edib, idmançımızı mükafatlandıracağıq. Bu, təkcə idmançıların deyil, federasiyanın və məşqçilərin uğurudur. Lisenziyanı təkcə T.Babayev deyil, ümumi komanda qazanmışdı. İnanıram ki, Olimpiadada komandamızın digər üzvləri də çıxış etsəydilər, mükafatçılar sırasında yer ala bilərdilər. Əminəm ki, ağır atletlərimiz uğurlarını davam etdirəcəklər.

- Atletlərimizin “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?

- 2016-cı ildə federasiyada köklü dəyişikliklər edildikdən sonra çox az sayda yaşlı idmançımız qalmışdı. Məlum səbəblərdən, ən güclü idmançılar komandadan uzaqlaşdırılmışdı. Biz qarşıya məqsəd qoyaraq yeniyetmə idmançıların əsasında komanda formalaşdırmağa başladıq. Son on ay ərzində idmançılarımızdan 200-dək analiz götürülüb. Demək olar ki, 2-3 nümunə istisna olmaqla, hamısı təmiz çıxdı. Həmçinin ölkədə idmanın bu növünün inkişafı beynəlxalq federasiyanı bizi yarışlara daha tez buraxmağa sövq etdi. Məhz bunun sayəsində biz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxış edə bildik.

Federasiya olaraq, legionerlərdən imtina etmişik. Xarici ölkələrdən bizə müraciətlər çoxdur. Ancaq qarşımıza yerli idmançıların yetişdirilməsi məqsədini qoymuşuq. Bizim “Tokio-2020” Yay Olimpiya Oyunlarına əsas namizədlərimiz yeniyetmə və gənc idmançılarımız olacaq. İdmançılarımız bu ilin sonundan lisenziya xarakterli turnirlərdə çıxış etməyə başlayacaqlar. Gənclər arasında Məhəmməd Məmmədli, yeniyetmələrdən isə Tarmenxan Babayev, Rüstəm Qasımov və Fuqan Əliyev “Tokio-2020”yə iddiaçılar arasındadırlar. Qızlardan isə Avropa birinciliyinin üçqat qalibi, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Səbinə Əzimovanı misal göstərmək olar. Biz komandanı gənc atletlərdən formalaşdırmağı nəzərdə tutmuşuq. Bu gün T.Babayevin nəticəsi “Tokio-2020”də mükafatçılar sırasına düşmək üçün az ola bilər. Amma iki ildən sonra hər şey fərqli ola və medala ümid etmək üçün nikbin fikirlər səsləndirə bilərik. İdmançılarımız əsl inkişaf dövrlərini yaşayırlar. Ümid edirəm ki, atletlərimiz Olimpiadada “A” qrupunda medallar uğrunda mübarizəyə qoşulacaqlar.

Komandamız bu yarışlara çox ciddi hazırlaşır. Çəki dərəcələrində də, lisenziya qazanılma sistemində də dəyişikliklər olub. İdmançılar Olimpiya Oyunlarına lisenziyanı artıq komanda hesabında deyil, şəxsi nəticələrinə görə qazanacaqlar. Atletlərimiz yarışlarda topladıqları xallara görə, Olimpiadada iştirak hüququ əldə edəcəklər.

- Atletlərimizin qarşısına hansı hədəflər qoyulub?

- Qarşımıza qoyulan əsas məqsəd yeniyetmələr arasında yarışlarda qalib gəlmək və komandamızı dünyanın ən güclü kollektivinə çevirməkdir. Bunu ardıcıl olaraq davam etdirmək lazımdır. Əgər keçən il millimiz komanda hesabında Avropa birinciliyinin qalibi olmuşdusa, bu il onlardan bir yaş kiçik idmançılarımız bu uğuru təkrarlayırlar. Gələn il isə biz bu nailiyyəti onlardan da gənc olanlardan gözləyirik. Beləliklə, hər il biz dünya və Avropa birinciliklərinin qalib və mükafatçılarını yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Əgər 4-5 il müddətində bu uğuru davam etdirə bilsək, ölkəmiz həm kişilər, həm də qadınlar arasında bütün yaş kateqoriyalarında dünyanın istənilən komandası ilə mübarizə apara bilər. Biz bunu etməyə məcburuq. Çünki ağır atletika torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanda milli idman növüdür. Onlar Olimpiya Oyunlarında yalnız idmanın bu növündə medal qazanırlar. Çox yarışlarda komandamız onların atletlərini üstələməyi bacarırlar. Biz buna bütün yaş qruplarında nail olmalıyıq.

Uğurlu nəticələri dopinqlə mübarizədə də əldə etməyi qarşıya məqsəd qoymuşuq. Biz regionlarda zallar inşa edirik. Zona yarışlarında güclü idmançılar seçilərək il boyu təşkil olunan təlim-məşq toplanışında iştirak edirlər. Həmçinin seçilmiş idmançılar “Zirvə” liseyində təhsil alır və hazırlıq keçirlər. Onlar üçün yığma komanda səviyyəsində şərait yaradılır. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur. Biz bir çox ölkələrlə maraqlanırıq və məlum olur ki, orada yeniyetmələrin təlim-məşq toplanışına önəm verilmir. Həmin ölkələrdə il ərzində 2-3 dəfə hazırlıq prosesi təşkil olunur. Ancaq bizdə hazırlıq il boyu davam edir.

Federasiya olaraq, növbəti Olimpiada üçün 2005-2006-cı il təvəllüdlü idmançıların seçiminə başlamışıq. Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının hazırlığına indidən başlamalıyıq. İdmançılarımızın il ərzində müntəzəm hazırlıq keçməsi üçün Şüvəlanda Ağır Atletika Akademiyası, Xırdalanda və Astarada mərkəzlər fəaliyyət göstərir. Həmçinin Moldovada böyük bazamız var. Gələn il gənclər arasında Avropa birinciliyinə Moldova ev sahibliyi edəcək. Gənclərdən ibarət komandamız bazamızda hazırlıq keçdikdən sonra birincilikdə körpücük üzərinə çıxacaq.

Qarşıda bizi böyük işlər gözləyir. Dopinqdən və müxtəlif süni qidalardan istifadə etməklə uğur əldə etmək asan olsa da, bu gün biz təbii gücə malik atletləri tapmaq və onlarla işləməyi qarşıya məqsəd qoymuşuq. Bu da kütləvilik əsasında mümkün olur. Tarmenxan Babayev kimi idmançı zona yarışlarında 600-700 atletin arasından seçilir. Hədəfimiz ağır atletika zallarının sayının artırılması və peşəkar idmançıların yığma komandaya cəlb olunmasıdır.

Çalışırıq ki, ölkəmizdə ağır atletikanın kütləviliyinə nail olaq. Federasiyamızın prezidenti Cahangir Əsgərovun diqqət və qayğısı sayəsində AAAF qısa müddətdə Prezident İlham Əliyevin yürütdüyü idman siyasətinin ön sıralarında olacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı kompleksimizdə olan qonaqlar - Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti, vitse-prezidenti, 40-dən artıq milli ağır atletika federasiyasının prezidenti burada yaradılan şəraiti yüksək qiymətləndirib, həmçinin dünya ağır atletikasının mərkəzinin Azərbaycan olduğunu deyiblər. Əgər dövlət tərəfindən belə gözəl imkan yaradılıbsa, idmançılarımız öz nəticələri ilə bizləri sevindirməlidirlər. Ümid edirəm ki, federasiyamızın işi yaxın zamanlarda öz bəhrəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur