“TORPAQ NAMUSDUR” DEVİZİ ƏSGƏRLƏRİ YENİ HÜNƏRLƏRƏ ÇAĞIRIR
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin “Torpaq namusdur” devizi ilə “N” hərbi hissəsində keçirdiyi görüş şair Nəriman Həsənzadənin həyat və yaradıcılığına həsr edilmişdir. Görüşdə şairin şerləri, sözlərinə bəstələnmiş mahnılar səslənmişdir. Müğənni Zaur Rzayevin və silahlı qüvvələrin mahnı və rəqs ansamblının çıxışları əsgərlər tərəfindən hərarətlə qarşılanmışdır.
Nəriman Həsənzadə görüşün təşkilinə görə minnətdarlıq edərək, belə tədbirlərin tərbiyəvi əhəmiyyətini vurğulamış, şəxsi heyətə minnətdarlığını bildirmişdir.