Tovuz sakinlərinin qaz təsərrüfatına dair müraciətləri qeydə alınıb
Bakı, 30 avqust, AZƏRTAC
Hazırda Hacılar, Kazımlı kəndlərində, Əyyublu və Cəlilli yeni yaşayış massivlərində qazlaşma işləri davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Tovuz şəhərində keçirilən “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyasında bildirib.
Qazlaşma işlərinin tədbirlər planına uyğun aparıldığını deyən Elman Qənbərov ənənəvi hal alan aksiyada abonentlərin müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib. Fərdi yaşayış evinin qazlaşdırılması istiqamətində Düz Qırıqlı və Qazqulu kənd sakinlərinin müraciətləri də qeydə alınıb.
Tovuz şəhəri, Zaur Axundov küçəsinin sakininin müraciəti isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Aksiya zamanı, işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunması, həmçinin Səfərli kəndinin qazlaşdırılması kimi müraciətlər yer alıb.
Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.