Tovuzda 53 yaşlı qadını avtomobil vurub VİDEO
Tovuz, 24 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, şəhərin Musa Musayev küçəsində yolu əks tərəfə keçmək istəyən Tovuzun Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovanı "VAZ-21015" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.