Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Tovuz, 7 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bozalqanlı kəndində baş verib. Belə ki, “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Rayon sakini 85 yaşlı Qiyas Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.