“Toyota” kompaniyası on bir ayda rekord sayda avtomobil istehsal edib
Bakı, 27 dekabr, AZƏRTAC
Yaponiyanın avtomobil istehsalçısı “Toyota” 2023-cü ilin yanvar-noyabr aylarında istehsal həcmini 11 faiz artıraraq 9,23 milyon avtomobilə çatdırıb.
AZƏRTAC xəbər verir ki, kompaniyanın saytında dərc olunan məlumata görə, bundan öncəki rekord 9,05 milyon avtomobilin istehsal edildiyi 2019-cu ilə aiddir.
2023-cü ilin yanvar-noyabr aylarında “Toyota” kompaniyasının satışları 7 faiz artaraq 9,37 milyon avtomobil təşkil edib. Həmin dövr ərzində ABŞ-da satışlar 5 faiz (2,02 milyon avtomobil), Avropada 8 faiz (1,02 milyon), Yaponiyada 31 faiz (1,56 milyon) artıb. Çində isə əksinə, 1,72 milyon avtomobil satılıb ki, bu da öncəki ilin on bir ayı ilə müqayisədə 2 faiz azdır.
Eyni dövr ərzində tam elektrik mühərriki ilə çalışan “Toyota” avtomobillərinin satışı beş dəfə artaraq 95,2 minə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]