Tramp 12 ölkədən ABŞ-a səfərləri qadağan edən bəyannamə imzalayıb
Vaşinqton, 5 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək 12 ölkədən vətəndaşların ABŞ-a səyahətinin qadağan edilməsi haqqında bəyannamə imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyannaməyə əsasən qadağa tətbiq edilən 12 ölkə Əfqanıstan, Myanma, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir.
Yeni sənədə görə qanuni daimi sakinlərə, mövcud viza sahiblərinə, müəyyən viza kateqoriyalarına və girişi ABŞ-ın milli maraqlarına xidmət edən şəxslərə istisnalar tətbiq edilmə imkanı mövcuddur.
Daha 7 yeddi ölkədən, yəni Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesueladan səfərlər qismən məhdudlaşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]