Tramp: ABŞ kosmosda Rusiya və Çin üzərində üstünlüyə malikdir
Bakı, 28 noyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatları kosmosda Rusiya və Çini qabaqlayır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şükranlıq bayramı münasibətilə hərbçilərə müraciətində bildirib.
“Biz indi kosmosda hökmranlıq edirik, halbuki əvvəllər Çin və Rusiyaya uduzurduq. Kosmik gücümüz yox idi”, – deyə o vurğulayıb.
Tramp qeyd edib ki, Pentaqonun Kosmik Qüvvələri kosmosda “inanılmaz işlər görür”.
Sentyabrın 2-də Ağ Ev rəhbəri bəyan etmişdi ki, ABŞ Kosmik Qüvvələri yaradılmamışdan əvvəl ölkə kosmos yarışında Rusiya və Çindən geri qalırdı. Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar kosmosda bir nömrədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]