Tramp Böyük Britaniyanın Baş naziri barədə: O, Çörçill deyil
London, 4 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığın Baş naziri Kir Starmeri Britaniya hərbi bazalarından istifadəyə icazə vermədiyi üçün tənqid edib.
AZƏRTAC xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Starmerin “Uinston Çörçill olmadığını” bildirib.
ABŞ İrana ilkin zərbə zamanı Hind okeanında yerləşən Çaqos adalarındakı Dieqo Qarsiya bazasından istifadə etmək istəyib. Lakin Britaniya hökuməti bu müraciəti qəbul etməyib. Sonradan London yalnız İranın raket obyektlərinə qarşı müdafiə məqsədli zərbələr üçün öz bazalarından istifadəyə razılıq verib.
Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Donald Tramp bildirib ki, bu qərara görə Böyük Britaniyadan narazıdır. Çünki ABŞ təyyarələri hədəflərə çatmaq üçün havada daha çox qalmağa məcbur olub.
Qeyd edək ki, bazar günü Böyük Britaniya ABŞ-ın Britaniya hərbi bazalarından istifadə ilə bağlı müraciətini qəbul edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]