Tramp: Demokratlarla işləməyə hazıram, lakin hökuməti açmağa icazə versinlər
Vaşinqton, 7 oktyabr, AZƏRTAC
“Demokratlar Partiyası iqtisadiyyatın ən uğurlu olduğu və birja bazarının rekord həddə yüksəldiyi bir vaxtda Birləşmiş Ştatlar hökumətini bağladı”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb. O, bildirib ki, bu bağlanma amerikalıların asılı olduğu bir çox proqramlara, xidmətlərə və cəmiyyətin digər elementlərinə təsir edib.
ABŞ lideri deyib ki, Demokratlar Partiyası ilə onların uğursuz səhiyyə siyasəti üzərində işləməyə hazırdır, lakin əvvəlcə hökumətin yenidən açılmasına icazə verməlidirlər.
Qeyd edək ki, iki partiya arasında növbəti il üçün maliyyələşmə üzrə əsas fikir ayrılığı 1,5 trilyon dollarlıq səhiyyə xidmətləri ilə bağlıdır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]