Tramp ukraynalı qaçqınlara müharibənin sonunadək ABŞ-da qalmağa icazə verəcək
Kiyev, 30 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ukraynalı qaçqınlara müharibənin sonunadək Birləşmiş Ştatlarda qalmağa icazə veriləcək.
AZƏRTAC bu barədə “Kyiv Post” nəşrinə istinadla xəbər verir.
Donald Tramp jurnalistlərə deyib: “Belə də edəcəyik. Ölkəmizdə Ukraynadan gəlmiş çoxlu insan var və biz onlarla işləyirik”.
Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra əvvəlki administrasiyanın təşəbbüsü ilə həyata keçirilən proqramlar çərçivəsində ABŞ-da yaşamaq icazəsi almış şəxslər də daxil olmaqla, miqrantlara qarşı immiqrasiya siyasətini sərtləşdirir.
Belə ki, yanvar ayından Tramp administrasiyası Baydenin prezidentliyi dövründə yaradılmış humanitar səbəblərə görə şərti, vaxtından əvvəl azadetmə proqramlarını aktiv şəkildə nəzərdən keçirir və bəzi hallarda isə onlara xitam vermək üçün addımlar atır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]