Trampın ABŞ-da sığınacaq verilməsi qaydalarını sərtləşdirməsinə imkan verilməyib
Vaşinqton, 13 yanvar, AZƏRTAC
Kaliforniyanın federal hakimi Ceyms Donato ABŞ Prezidenti Donald Trampın administrasiyasının ölkədə immiqrasiyaya dair yeni qaydalar tətbiq etmək cəhdinin qarşısını alıb.
AZƏRTAC xəbər verir ki, həmin qaydanın tətbiq olunmasına imkan verilsəydi, bu halda ABŞ-da sığınacaq verilməsi sistemi dəyişər, immiqrantların sığınacaq almaq hüququ məhdudlaşdırılardı. Bu qadağa Tramp administrasiyasının ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden yanvarın 20-də öz vəzifəsinin icrasına başlayana qədər sərt immiqrasiya siyasətini möhkəmlətmək səylərini heçə endirir.
Kaliforniyanın şimal dairəsindən olan hakim Ceyms Donato immiqrantların müdafiəsi qrupunun can atdığı qadağa hökmünü çıxarıb. Tramp administrasiyası dekabrın 11-də dərc etdiyi bu qayda bazar ertəsi, yanvarın 11-də qüvvəyə minməli idi. Ekspertlərin və hüquq müdafiəçilərinin sözlərinə görə, həmin qayda ABŞ-Meksika sərhədinə gələn miqrantların əksəriyyəti üçün sığınacaq almaq meyarlarını dəyişməklə onları bu imkandan məhrum edərdi. Bu qaydaya əsasən, sığınacaq məsələlərinə dair hakimlərə və əməkdaşlara tapşırılırdı ki, bir sıra məsələlərlə bağlı, o cümlədən bəzi istisnalarla evdə zorakılıq və qrup halında zorakılıq hallarında sığınacaq verilməsindən imtina edilsin.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]