TRASEKA PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA BİR LAYİHƏ HAZIRLANMIŞDIR
TRASEKA hökumətlərarası komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev AZƏRTAC-ın müxbirinə demişdir:
-Böyük gələcəyi olan bu proqramın həyata keçirlməsi təcrübəsi göstərir ki, Qədim İpək Yolu yaxın gələcəkdə dünyanın intensiv və optimal rejimdə işləyən nəqliyyat magistrallarından birinə çevriləcəkdir. Kifayət qədər yüksək ixtisaslı kadrlar olmadan qarşıda duran məsul vəzifənin öhdəsindən gəlmək çətindir. Ona görə də Avropa Komissiyası belə bir layihəni bəyənmiş və onun maliyələşdirilməsini öz öhdəsinə götürmüşdür.
TRASEKA proqramına qoşulan hər ölkə üçün 25 nəfər yüksək ixtisaslı kadr hazırlanacaqdır. Nazir müavinləri, idarə və şöbə rəisləri səviyyəsində iki qrup üzrə Daşkənd və Almatı şəhərlərində kadrlar hazırlamaq nəzərdə tutulur. İxtisasartırma müddətində fərqlənən mütəxəssislər isə hazırlığın sonrakı mərhələsini Qərbi Avropa ölkələrinin birində keçəcəklər.