Triatlonçumuz Avropa kuboku yarışlarında gümüş medal qazanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Alaniyada keçirilən Avropa kuboku yarışlarında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 1500 metrlik su məsafəsini idmançımız 18.49 dəqiqəyə başa vurub. Ardınca isə 40 kilometrlik velodistansiyanı 56.19 dəqiqəlik nəticə ilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 10 kilometrlik qaçış zolağını R.Pevstov 31.37 dəqiqəyə başa vurub. Ümumi hesablamada R.Pevstov 1 saat 47 dəqiqə 45 saniyə göstərici ilə ikinci yerə sahib olub.
Avropa Triatlon Şurası idmançımızın çıxışını xüsusilə qeyd edib. Pevstov bu mövsüm Avropada ən yüksək reytinqə malik olan triatlonçu adına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]