TUNQUS METEORİTİNƏ EKSPEDİSİYA İŞTİRAKÇILARININ HEYRƏTAMİZ TAPINTILARI
Sonralar Tunqus meteoriti adlandırılmış kosmik cisim 1908-ci il iyunun 30-da Sibirdə, Evenkiyanın Vanavar qəsəbəsindən 65 km kənara düşmüşdür. Bu meteoritin öyrənilməsi üçün ilk ekspedisiya 1927-ci ildə professor Leonid Kulikin rəhbərliyi ilə təşkil edilmişdi. İndiyədək kosmik cismin qalıqlarını tapmaq mümkün olmamışdır.
Evenk Milli Mahalı administrasiyasının mətbuat xidməti bildirmişdir ki, ekspedisiya bu yay mahalın qərb hissəsində işləmişdir. Marşrut kosmik çəkilişin təhlilinin nəticələrinə əsasən müəyyənləşdirilib və Poliqus qəsəbəsi həndəvərindəki Baykit rayonunda geniş axtarış zonasını əhatə edir. Tədqiqatçıların özlərinin fərziyyəsinə görə, ekspedisiya zamanı 1908-ci il iyunun 30-da qəzaya uğramış yadplanetli texniki qurğunun blokları aşkara çıxarılmışdır. Bundan başqa, ekspedisiya iştirakçıları Tunqus meteoritinin düşdüyünü görənlərin söhbətlərində dəfələrlə xatırladılan “maral” adlı daşı da tapmış və onun təxminən 50 kq ağırlığında qırıntısını öyrənmək üçün Krasnoyarska gətirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]