Tural Gəncəliyev: Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər
Bakı, 26 fevral, AZƏRTAC
Bir neçə əsrdir ki, Fransa öz müstəmləkəçilik siyasətini qoruyub saxlayıb. Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkirlər. Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiqini və siyasi təsirini saxlamaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Tural Gəncəliyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.
O qeyd edib: “Birinci növbədə Fransanın yaratdığı yalançı nağıllara qarşı mübarizə aparmalıyıq. Fransa bəzən müstəmləkəçiliyi sivilizasiya missiyası kimi təqdim edir. Halbuki həmin torpaqlarda yaşayan xalqlar artıq sivil vətəndaşlardır və onlara xarici müdaxilə lazım deyil. Buna görə də, Fransa orada hansısa sivilizasiya fəaliyyəti apardığını iddia edə bilməz. Media nümayəndələri olaraq siz bu məsələyə diqqət çəkə, kütləvi qırğınlar haqqında məlumat yayıb həqiqətləri dünyaya çatdıra bilərsiniz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]