Turhan Turqut: Azərbaycan Prezidentinin dərin məzmunlu nitqi yaddaşımızda silinməz iz buraxıb
İstanbul 19 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV qurultayındakı dərin məzmunlu nitqi yaddaşımızda silinməz iz buraxıb. Dövlət başçısı nəsillərə örnək olan bir məsələni başlıca vəzifə kimi qarşıya qoydu: Azərbaycana aid hər nə varsa sevmək və tanıtmaq hamımızın borcudur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində qurultay iştirakçısı, İrəvan hakimi Həsən xanın nəvəsi Turhan Turqut Azərbaycana ilk səfər ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Səfər çərçivəsində gözəl dostlar qazandığını, insanların xoş və isti münasibətindən məmnun qaldığını diqqətə çatdıran T.Turqut Azərbaycanın inkişafına, Bakının gözəlliyinə çox sevindiyini, bundan qürur duyduğunu bildirib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul