Turizm və Menecment Universitetinin tələbələri Mərakeşdə təcrübə keçəcəklər
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş ilə görüş olub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib, ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarından söz açıb. Rektor iki dövlət arasında ildən-ilə genişlənən əməkdaşlıq çərçivəsində təhsil sahəsində də əlaqələrin möhkəmləndirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.
Məhəmməd Adil Embarş ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən işlərdən, asan viza sisteminin üstünlüklərindən, Azərbaycanın dünyada gündən-günə artan nüfuzundan və beynəlxalq aləmdə multikulturalizm mərkəzi kimi tanınmasından bəhs edib.
Görüşdə ATMU tələbələrinin Mərakeş Krallığında fəaliyyət göstərən turizm iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili məsələsi müzakirə olunub. İlham Mədətov və Məhəmməd Adil Embarş ATMU və Mərakeş Krallığında turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri ilə beynəlxalq təhsil layihələri çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulmasının məqsədəuyğunluğunu bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]
AMEA-da gürcü alimlərlə görüş olub
- 09.10.2026 [17:20]
BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:07]
Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq
- 09.10.2026 [18:03]