“Türk dünyası arxeologiyası” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir
Bakı, 17 may (AZƏRTAC). Mayın 19-da Xəzər Universitetində “Türk dünyası arxeologiyası” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, tədbirin təşkilatçıları “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Xəzər Universitetidir.
Konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin “Azərbaycanda arxeoloji tədqiqatların ən yeni nəticələri”, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin “Ağsuda arxeoloji tədqiqatlar XVIII əsr türk tarixinin öyrənilməsində yeni mərhələdir”, Kazan Federal Universiteti Arxeologiya Muzeyinin əməkdaşı Alsu Nurətdinovanın “Tatarların arxeoloji irsi” mövzusunda məruzələri dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]