“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
“Türk Hava Yolları” Ankara-Bakı-Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayacaq.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, “Türk Hava Yolları” oktyabrın 2-dən etibarən Ankara-Bakı və Bakı-Ankara xüsusi uçuşlarına başlayacaq. Uçuşlar çərşənbə və cümə olmaqla həftədə 2 dəfə nəzərdə tutulur və “AnadoluJet” markası ilə həyata keçiriləcək. Ankara-Bakı reysi 14:40-18:05-də, Bakı-Ankara isə 19:00-20:35-də təşkil olunacaq. Bakı-Ankara-Bakı reysinə bilet əldə etmək “www.anadolujet.com” web səhifəsini ziyarət etmək və ya səlahiyyətli agentliklərə müraciət etməklə mümkündür. Ankara uçuşlarında tələbə endiriminin qüvvədə olduğu və tətbiq ediləcəyi qeyd olunub.
Əlavə olaraq “Türk Hava Yolları”nın İstanbula icra etdiyi xüsusi uçuşlar davam edəcək, oktyabrda bu uçuşların sayı həftəlik 14 uçuş olacaq. İstanbul-Naxçıvan-İstanbul uçuşları da eyni qaydada həftənin cümə günləri icra ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]