“Türk ulduzları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub
İstanbul, 7 aprel, AZƏRTAC
Türkiyənin Hərbi Hava Qüvvələrinin “Türk ulduzları” akrobatika komandasına məxsus “NF-5” təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, “Türk ulduzları”na məxsus akrobatika təyyarəsi məşqlər zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində pilot həlak olub.
Baş vermiş qəza ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pilotun ailə üzvləri, Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyətinə və türk xalqına başsağlığı verib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]