Türkiyə Kuboku: “Fənərbağça” inamlı qələbə ilə 1/4 finala yüksəlib
Bakı, 27 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan “Fənərbağça” III turda səfərdə “Qaziantep”i 4:1 hesabı ilə məğlub edib. İstanbul nəhənginin heyətində qolları Anderson Taliska (2), Yussuf En-Nesiri və Filip Kostiç vurublar. Meydan sahiblərindən isə Anel Husiç fərqlənib.
Bu nəticə ilə xallarını 9-a çatdıran “Fənərbağça” qrup lideri kimi 1/4 finala yüksəlib. Səfərdə “Kasımpaşa”ya 5 cavabsız qolla qalib gələn “Göztəpə” (9 xal) isə bu qrupdan pley-offa adlayan ikinci komanda olub.
Türkiyə Kubokunda qrup mərhələsinə bu gün C qrupunda oynanılacaq 2 matçla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]