Türkiyə millisi Avropa çempionatının yarımfinalına yüksələn dördüncü komanda oldu
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da qadınlar arasında voleybol üzrə Avropa çempionatının sonuncu yarımfinalçısı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən Türkiyə-Rusiya qarşılaşmasında gözlənilməz nəticə qeydə alınıb. Türkiyə yığması güclü rəqibinə 3:0 (27:25, 25:18, 25:20) hesabı ilə qalib gələrək Avropa çempionatının yarımfinalına yüksələn dördüncü komanda olub.
Xatırladaq ki, Türkiyə voleybolçuları yarımfinalda Serbiya millisi ilə qarşılaşacaqlar.