Türkiyə millisinin daha bir futbolçusu zədələnib
Bakı, 14 noyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişiklik olub.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın “Portu” komandasının hücumçusu Deniz Gül zədələndiyi üçün Millətlər Liqasında Uels və Monteneqro ilə keçiriləcək oyunlarda komandaya kömək edə bilməyəcək. Əvəzində isə İspaniyanın “Xetafe” klubunda çıxış edən 23 yaşlı forvard Bertuğ Yıldırım yığmanın düşərgəsinə cəlb olunub.
Daha əvvəl eyni səbəbdən İngiltərənin "Brayton" klubunun üzvü Fərdi Kadıoğlu Türkiyə millisinin heyətindən çıxarılmışdı.
Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [15:43]
Arsen Venger Bakıda məşqçilər üçün master-klass keçib
- 27.10.2026 [12:53]
Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub
- 27.10.2026 [12:05]
Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək
- 27.10.2026 [11:27]
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub
- 27.10.2026 [11:23]
Bakıda Braziliya ciu-citsu idman növü üzrə açıq turnir keçirilib
- 27.10.2026 [10:52]