TÜRKİYƏ NABUKKO LAYİHƏSİNƏ DAİR ÖHDƏLİKLƏRİNƏ SADİQDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan sentyabrın 18-də Ankarada Avropa Parlamentində Liberal və Demokratlar Alyansının sədri Qrehem Vatson ilə görüşündə səsləndirmişdir.
Türkiyə parlamentinin spikeri bildirmişdir ki, rəsmi Ankara bu mühüm layihəni dəstəkləməkdə davam edir. K.Toptan demişdir ki, neft və qaz qarşıdakı 50-100 ildə də bəşəriyyətin başlıca enerji mənbəyi olacaqdır. Türkiyə və Avropa ölkələri nəyin bahasına olursa-olsun, birlikdə Nabukko layihəsinin həyata keçirilməsini təmin etməlidirlər. Bununla bağlı danışıqların davam etdiyini diqqətə çatdıran Köksal Toptan demişdir ki, enerji marşrutlarının diversifikasiyası Ankara üçün də çox mühümdür.
Həmin gün Parisdə keçirilmiş Avropa İttifaqı - Mərkəzi Asiya Ölkələri Nazirlərinin Forumunda da Nabukko layihəsi diqqət mərkəzində olmuşdur. Türkiyənin xarici işlər naziri Əli Babacan forumdakı çıxışında bildirmişdir ki, Mərkəzi Asiya ölkələrinin təbii qazı sözügedən layihə vasitəsilə Türkiyə üzərindən Avropaya nəql oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]