Türkiyə Prezidenti dünya ictimaiyyətini Kipr həqiqətlərini qəbul etməyə çağırıb
Ankara, 20 iyul, AZƏRTAC
Dünya ictimaiyyəti Kipr reallığını qəbul etməli, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Lefkoşadakı ŞKTC Prezident Kompleksində bildirib.
Onun sözlərinə görə, Türkiyə Şimali Kipr xalqının yanında olub və olacaq, Kipr türklərinin rifahının artmasına töhfə verməyə davam edəcək.
“Ankara ŞKTC-nin siyasi və iqtisadi inkişafı məsələsində Lefkoşanı dəstəkləyir. Biz hər zaman Kiprdə olacağıq”, - deyə Türkiyə lideri əmin edib və qeyd edib ki, Ankaranın dəstəyi sayəsində ŞKTC “Şərqi Aralıq dənizinin parlaq ulduzuna” çevrilib.
Türkiyə Prezidenti Kiprdə fikir ayrılıqlarının “iki dövlət” prinsipi əsasında həlli ilə bağlı ŞKTC lideri Ersin Tatarın mövqeyi ilə tam həmrəy olduğunu vurğulayıb.
“Kipr türklərinin on illər ərzində üzləşdiyi haqsızlığa son qoyulmalıdır. Türkiyə Lefkoşa yolunda maneələr yaratmağa çalışan qüvvələrin hiylələrinə cavab olaraq Kipr türkləri önündə yeni qapılar açmağa davam edir”, - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]