Türkiyə Prezidenti ilə Ermənistanın Baş naziri arasında görüş olub
İstanbul, 1 sentyabr, Günel Karatepe, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Cənubi Qafqazda davamlı sabitlik və sülh istiqamətində atılan addımlar fonunda Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesinin irəliləməsindən məmnun olduğunu bildirib, Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini və prosesə töhfə verməyi davam etdirəcəyini vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılması istiqamətində addımların dəyərləndirildiyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]