Türkiyə Prezidenti NATO-Rusiya birbaşa toqquşması riskindən narahatlıq ifadə edib
Ankara, 11 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Rusiya ilə birbaşa toqquşması riskindən narahatlığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə lideri Vaşinqtonda NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində iştirak edərkən bildirib.
“Tərəflər belə bir ssenarinin həyata keçməsinin qarşısını almaq üçün bütün addımları atmalıdır”, -deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, Türkiyə NATO müttəfiqlərindən terrorla mübarizədə ortaq mövqe ortaya qoyulmasını gözləyir.
O, Ankaranın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində dialoquna toxunaraq, ŞƏT-in NATO-ya alternativ olmadığını vurğulayıb. “Biz BRICS və digər strukturlara münasibətdə də oxşar mövqedən çıxış edirik”, - deyə Prezident bildirib.
Ərdoğan daha sonra qonşu Suriyadakı vəziyyətə münasibətini bildirib: “Türkiyə firavan, ərazisindən terror təhlükəsi gəlməyəcək Suriyanın tərəfdarıdır”.
O, eyni zamanda, əmin edib ki, Suriya ərazisində terrorçuların nəzarətində olan dövlət yarada biləcəyinə inanan dairələr öz məqsədlərinə çatmayacaq. “Biz buna imkan verməyəcəyik”, -deyə Ərdoğan vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]