TÜRKİYƏ RUSİYA QAZINDAN ASILILIĞI AZALTMAQ NİYYƏTİNDƏDİR
O demişdir ki, Türkiyənin xaricdən aldığı təbii qazın təxminən 65 faizi Rusiyanın payına düşür. Bu, böyük rəqəmdir, lakin o demək deyil ki, Türkiyə təkcə Rusiyadan çəkilmiş boru kəmərinə möhtacdır.
Hilmi Gülər xatırlatmışdır ki, Türkiyədə “Mavi axın” qaz kəməri, ölkənin qərbindəki magistrallar, habelə İrandan gələn boru kəməri var. O demişdir: “Bundan əlavə, biz Nigeriya və Əlcəzairdən tankerlərlə gətirilən maye qaz alırıq. Azərbaycandan çəkilən qaz kəməri ilin sonunadək işləməyə başlayacaqdır”.
Nazir vurğulamışdır ki, Rusiya ilə Ukrayna arasında başlanmış “qaz münaqişəsi” Türkiyənin enerjidaşıyıcıları alınmasına çoxşaxəli xarakter verilməsi siyasəti aparmasını təkidlə tələb edir. Odur ki, biz qaz idxalı mənbələrini mütləq genişləndirəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]