TÜRKİYƏ SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ KÜRDƏMİRDƏ OLMUŞLAR
Qonaqlar Kürdəmir şəhərindəki 6 nömrəli və Mollakənd kəndindəki orta məktəblərə getmiş, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişlər. Məktəblilərə hər birinin dəyəri 10 ABŞ dolları olan bağlamalardan ibarət dərs ləvazimatı hədiyyə edilmişdir. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad olunmasının 88-ci ildönümü münasibətilə təşkil olunmuş xeyriyyə missiyası rəmzi mahiyyət daşıyırdı.
Görüşlərdə səfirliyin təhsil üzrə müşaviri Səlahəddin Dikmən, mədəniyyət və tanıtma müşaviri Fəthi Gədikli, səfirliyin ikinci katibi Mustafa Bəyaz Bayram və “Sona” qeyri-hökumət təşkilatının sədri Telli Məmmədova iştirak etmişlər.
Rayon təhsil şöbəsinin rəhbərliyi qardaş ölkə elçilərinə göstərdikləri xeyirxahlığa görə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]