TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAH RƏİSİNİN MƏTBUAT KONFRANSI
Türkiyə Silahlı Qüvvələrinin İraqla sərhəddəki hərbi hissələrini təftiş edən Baş Qərargah rəisi, ordu generalı Hilmi Özkök martın 26-da Diyarbəkirdə mətbuat konfransı keçirmişdir. O, İraqda müharibənin gedişini diqqətlə izlədiklərini, bu ölkənin şimalında müəyyən qədər Türkiyə qüvvələrinin olduğunu bildirmişdir. Baş Qərargah rəisi demişdir ki, bu qüvvələrə qarşı hücum gözlənilməsə, Türkiyənin ərazi bütövlüyünə təhlükə yaranmasa, Şimali İraqdakı etnik silahlı qruplar arasında toqquşmalar olmasa, orada mülki əhaliyə hücumlar edilməsə və Türkiyə sərhədi yaxınlığında çoxsaylı qaçqınlar peyda olmasa, Türkiyə oraya əlavə hərbi qüvvə göndərməyəcəkdir. Hilmi Özkök vurğulamışdır ki, Türkiyənin İraq torpaqlarında heç vaxt gözü olmadığını, bu ölkənin ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulamışdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]