Türkiyə Superliqası: “Fənərbağça” səfərdə “Kasımpaşa”ya uduzub
Bakı, 21 iyun, AZƏRTAC
Futbol üzrə Türkiyə çempionatının XXVIII turu çərçivəsində keçirilən qarşılaşmada “Kasımpaşa” doğma meydanda “Fənərbağça”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, hesabı matçın 55-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Mame Tiam açıb. “Kasımpaşa”nın yarımmüdafiəçisi Yusif Ərdoğan 90-cı dəqiqədə komandasının qələbəsini rəsmiləşdirib.
Beləliklə, “Fənərbağça” səfərdə “Kasımpaşa”ya 2:0 hesabı ilə məğlub olub.
Günün digər oyunlarında isə “Konyaspor” - “Sivasspor” və “Qalatasaray” -“Qaziantep” komandaları qarşılaşacaq. Matçlar Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. XXVIII tura iyunun 22-də “Alanyaspor” - “Trabzonspor” və “Antalyaspor” - “Rizəspor” görüşləri ilə yekun vurulacaq.
Türkiyə çempionatında hazırda “Başakşəhər” 59 xalla turnir cədvəlinin lideridir. Ondan bir oyun az keçirmiş “Trabzonspor” 56 xalla ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (47 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]