Türkiyə Superliqası: “Qalatasaray” çempionluq yolunda vacib xallar itirib
Bakı, 12 aprel, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXIX turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, lider "Qalatasaray" bu tur öz meydanında "Kocaelispor"u qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşan İstanbul təmsilçisi çempionluq yolunda vacib xallar itirib.
Günün digər matçlarında "Konyaspor" "Karagümrük"ə 3:0 hesabı ilə qalib gəlib, "Göztəpə" isə evdə "Kasımpaşa" ilə bacarmayıb - 3:0.
Bu nəticələrdən sonra "Qalatasaray" 68 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal geri qalan "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Trabzonspor"un 64 xalı var. "Beşiktaş" isə 55 xalla 4-cü sırada yer alıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]