Türkiyə Superliqası: “Trabzonspor” səfərdə “Yeni Malatyaspor”u məğlub edib
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 8-də futbol üzrə Türkiyə çempionatının XXIV turunun üçüncü günündə “Trabzonspor” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar meydan sahiblərinin qapısından iki cavabsız qol keçirib. Trabzon təmsilçisinin qollarını Anastasios Bakasetas və Antoni Nvakaeme vurub.
Günün digər matçında isə “Qaziantep” doğma meydanda “Göztəpə”ni 2:0 hesabı ilə məğlub edib.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Qalatasaray” başçılıq edir. İkinci və üçüncü pillələrdə müvafiq olaraq onunla eyni xala malik olan “Beşiktaş” və “Fənərbağça” klubları qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIV turda “Gənclərbirliyi” istirahət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]