Türkiyə Superliqasının 2019-2020-ci il mövsümünə yekun vurulub
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 26-da futbol üzrə Türkiyə çempionatının 2019-2020-ci il mövsümünün sonuncu qarşılaşmasında "Başakşəhər" səfərdə "Kasımpaşa"nın qonağı olub.
AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada qonaqlar meydan sahiblərinə 3:2 hesabı ilə məğlub olublar.
Türkiyə çempionatında yekun nəticələrə görə çempion olan "Başakşəhər" və ikinci olan "Trabzonspor" komandaları UEFA Çempionlar Liqasında mübarizə aparacaqlar. Üçüncü olan "Beşiktaş" və dördüncü pillədə qərarlaşan "Sivasspor" klubları isə Avropa Liqasına vəsiqə qazanıblar. Sonrakı yerlərdə "Alanyaspor" (57 xal),"Qalatasaray" (56 xal), "Fənərbağça" (56 xal) və digər komandalar gəlir. Superliqa ilə vidalaşan klublar sırasında isə "Yeni Malatyaspor" (32 xal), "Ankaragücü" (32 xal) və "Kayserispor" (32 xal) komandaları var.
Qeyd edək ki, çempionatda cari mövsümün bombardiri "Trabzonspor" klubunun hücumçusu Aleksandr Sorlot olub. Norveçli hücumçu bu mövsüm Superliqada 24 qol vurub və 8 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]