Türkiyə Ukraynanın şərqində atəşkəsə dair razılaşmanı dəstəkləyir
Ankara, 27 iyul, AZƏRTAC
Türkiyə tərəfi Ukraynanın şərqində uzunmüddətli atəşkəs üçün əlavə tədbirlərə dair ATƏT-in üçtərəfli əlaqə qrupu çərçivəsində əldə olunan razılaşmanı məmnunluqla qarşılayır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. Bildirilib ki, Türkiyə bundan sonra da Ukraynanın ərazi bütövlüyünün qorunması və Minsk anlaşması çərçivəsində bölgədə sülhün təmin olunması üçün cəhdlərini davam etdirəcək.
Qeyd edək ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasındakı son telefon danışığı zamanı dövlət başçıları Donbasda atəşkəslə bağlı əldə edilən razılığı müsbət qiymətləndiriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]