Türkiyə və Almaniya liderləri Ankarada danışıqlar aparırlar
Ankara, 30 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da cümə axşamı Ankarada Almaniya Kansleri Fridrix Mertsin rəsmi qarşılanma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətinin başçısını Beştəpə rayonundakı Prezident Kompleksində qarşılayıb, daha sonra təkbətək və geniş formatlarda danışıqlar başlayıb.
Türkiyəyə səfərindən əvvəl Merts sosial mediada Berlin ilə Ankara arasındakı münasibətlərin “xüsusi və çoxşaxəli xarakter daşıdığını” yazıb.
“Türkiyənin, xüsusən də xarici siyasət və təhlükəsizlik, eləcə də miqrasiya, enerji və ticarət sahələrində mövqeləri Almaniya üçün əhəmiyyətlidir. Bu mövqelər ölkələrimiz arasında sıx tərəfdaşlığın daha da genişləndirilməsinə yönəldilib”, - deyə kanslerin paylaşımında bildirilir.
Danışıqların yekunları üzrə Türkiyə və Almaniya liderlərinin mətbuat konfransı keçiriləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]