Türkiyədə davam edən meşə yanğını nəticəsində bir nəfər həlak olub
İstanbul, 27 iyun, AZƏRTAC
Türkiyənin Muğla vilayətində davam edən meşə yanğını nəticəsində bir nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə qardaş ölkənin Meşələr Baş İdarəsindən bildirilib. Həlak olan şəxs bu qurumun əməkdaşıdır.
Eyni anda iki ərazidən başlayan yanğın qısa zaman ərzində geniş bölgəni əhatə edib. Hadisə yerinə çox sayda yanğınsöndürən maşın və helikopter cəlb olunub. Alovlar yaşayış yerlərinə yaxın ərazilərə də sıçrayıb. Bölgədə qatı tüstü müşahidə edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]