Türkiyədə FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin saxlanılması istiqamətində daha bir əməliyyat keçirilir
İstanbul, 24 may, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilir.
AZƏRTAC xəbər verir ki, mərkəzi Balıkesir olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 26 hərbçidən 14-ü saxlanılıb. Onların yeddisi hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.
Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]