Türkiyədə İŞİD üzvlərinin saxlanılması ilə bağlı əməliyyat keçirilir
İstanbul, 28 dekabr, AZƏRTAC
Türkiyənin Ankara və İstanbul vilayətlərində İŞİD terror təşkilatı üzvlərinin saxlanılması ilə bağlı istintaq başladılıb.
AZƏRTAC xəbər verir ki, İstanbul prokurorluğunun terror və mütəşəkkil cinayətlər üzrə istintaq bürosu tərəfindən aparılan təhqiqatın gedişində 25 nəfərin İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi müəyyənləşib. Prokurorluğun təlimatı ilə keçirilən əməliyyat zamanı həmin şəxslərdən 22-i yaxalanıb, üç şübhəlinin axtarışları davam edir.
Daha bir araşdırma Ankarada aparılıb. Paytaxt prokurorluğu İŞİD terror təşkilatı ilə əlaqədə olduğu müəyyən edilən 10 şübhəli barəsində həbs qərarı çıxarıb. Onların saxlanılması üçün əməliyyat başladılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]