Türkiyədə koronavirusa qarşı tətbiq olunan peyvənd sayı 35 milyon dozaya yaxınlaşır
Ankara, 14 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmədə tətbiq olunan doza sayı sürətlə artır.
AZƏRTAC xəbər verir ki, iyunun 14-nə qədər ölkə üzrə COVID-19 infeksiyasına qarşı tətbiq olunan peyvənd sayı 33 milyon 712 min 157 dozaya çatıb. Bu göstəricinin təxminən 1 milyonu son üç gündə tətbiq olunan dozadır. Rəsmi məlumata görə, hazırda gündəlik peyvəndləmə sayı 500 min doza həddinə çatıb. Bu hesablama ilə məlum olur ki, qarşıdakı 2-3 gün ərzində Türkiyədə koronavirusa qarşı istifadə edilən peyvəndlərin sayı 35 milyonu ötəcək.
Qeyd edək ki, səhiyyə işçilərinin kütləvi peyvəndlənməsi, vaksin tədarükü, peyvəndləmə məntəqələrinin artırılması sayəsində Türkiyə koronavirusla mübarizə aparan qabaqcıl ölkələr sırasına daxil olub. Yerli vaksin istehsalını tezləşdirməyə çalışan hökumət müxtəlif şirkətlərin məhsulları əsasında peyvənd tədarükünü də sürətləndirib. Hazırda ölkədə ən çox tətbiq olunan vaksin Çində istehsal olunan “SinoVac” peyvəndidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
- 14.10.2026 [10:41]
Almaniyada intiharların sayı artır
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]