Türkiyədə prezident seçkilərində Gəncədən səs verəcək türk vətəndaşlarının sayı açıqlanıb
Gəncə, 3 aprel, Elcan Məmmədov, AZƏRTAC
Türkiyədə keçiriləcək prezident seçkilərində Gəncədən səs vermək üçün qeydiyyata alınan türk vətəndaşların sayı açıqlanıb.
Türkiyənin Gəncədəki Baş konsulluğundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qardaş ölkədə keçiriləcək prezident və parlament seçkilərində iştirak edəcək türk vətəndaşları Baş konsulluğa gələrək qeydiyyatdan keçiblər. Qeydiyyatdan keçən türk vətəndaşların sayı 1700 nəfərə yaxındır.
Onlar 5, 6 və 7 may tarixlərində Türkiyəyə getmədən Azərbaycanda səslərini istədikləri namizədə verə biləcəklər. Seçicilərin böyük qismi tikinti şirkətlərində işləyənlər və tələbələrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:05]
Balakəndə möhtəşəm konsert proqramı
- 12.06.2026 [20:22]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]