Türkiyədə tarixi gün: PKK terrorçularının ilk dəstələri İraqda silahları təhvil verəcək
Ankara, 11 iyul, AZƏRTAC
Bu gün, 11 iyul tarixi Türkiyədə terror probleminin tamamilə aradan qaldırılması yolunda yeni bir səhifə aça bilər.
AZƏRTAC xəbər verir ki, İraqın şimalında və Türkiyə ilə həmsərhəd Suriyada fəaliyyət göstərən PKK terrorçularının ilk dəstələri bu gün İraqın Süleymaniyə şəhərində silahlarını yerə qoyacaq ki, bu da “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda mühüm mərhələ olacaq.
Türkiyənin 47 ildir mübarizə apardığı qanlı təşkilat 2025-ci il mayın 12-də özünü ləğv etdiyini və tərk-silah olunduğunu açıqlayıb.
Çoxlu sayda media işçisi terrorçuların silahlarının təhvil verilməsi prosesini müşahidə edəcək. Silah və sursatlar yerindəcə məhv ediləcək.
Cinayətkar təşkilatın tam tərk-silah prosesinin bu ilin sentyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Medianın məlumatına görə, türk xalqına qarşı törədilən qanlı cinayətlərdə birbaşa iştirak etməyən terror təşkilatının üzvləri Türkiyəyə qayıda biləcək və “reabilitasiya” prosesindən keçəcəklər.
Eyni zamanda, Murat Karayılan, Cəmil Bayık və Mustafa Karasunun da olduğu qanlı təşkilatın 30-40 nəfərlik bir qrupunun Türkiyəyə girişi qadağan ediləcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]