Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib
Bakı, 13 fevral, AZƏRTAC
Türkiyədə zəlzələdən 170 saat sonra daha bir nəfər xilas edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə TRT1 telekanalında canlı yayımda bildirilib. Məlumata görə, Qaziantep vilayətinin İslahiyə rayonunda dağıntılar altında 170 saat qalmış 40 yaşlı Sibel Kaya xilas edilib.
Zəlzələ bölgəsində xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]