Türkiyədən Böyük Britaniya və Liviyaya tibbi ləvazimatlardan ibarət yardım göndərilib
İstanbul, 10 aprel, AZƏRTAC
Yeni növ koronavirusla mübarizə məqsədilə aprelin 10-da Türkiyədən Böyük Britaniya və Liviyaya tibbi ləvazimatlardan ibarət yardım göndərilib.
AZƏRTAC xəbər verir ki, yardımlar xüsusi hərbi təyyarə ilə yola salınıb.
Qeyd edək ki, bundan əvvəl də Türkiyə tərəfindən Çin, İtaliya, İspaniya, İran, eləcə də Şimali Makedoniya, Monteneqro, Serbiya, Bosniya-Herseqovina kimi Balkan ölkələrinə də bu cür yardımlar göndərilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]