Türkiyəli alim: Azərbaycan yerli mətbəxin zənginliyindən istifadə edərək turistləri cəlb edə bilər
Bakı, 6 sentyabr, Gülay Nəzərova, AZƏRTAC
Son illərdə Azərbaycanda eksperimental qastronomik turizmə olan maraq getdikcə artır və bu sahədə inkişaf potensialı böyükdür. Azərbaycan yerli mətbəxin zənginliyindən və müxtəlifliyindən istifadə edərək turistləri cəlb edə bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin Afyon Kocatepe Universitetinin Turizm fakültəsinin müəllimi, professor Hüseyin Pamukçu deyib.
O bildirib ki, Türkiyə eksperimental qastronomik turizmi inkişaf etdirməkdə uğurlu addımlar atmış ölkələrdən biridir. Azərbaycanda da oxşar addımların atılması ölkənin qastronomik turizminin inkişafına təkan verə bilər.
"Bu istiqamətdə eksperimental qastronomik turizmə investisiya qoymaq və yerli şefləri dəstəkləmək ölkəyə uzunmüddətli iqtisadi fayda gətirə bilər. Türk dövlətlərinin təcrübəsini öyrənmək və adaptasiya etmək Azərbaycanın eksperimental qastronomik turizmi üçün önəmli bir addım ola bilər", - deyə H.Pamukçu diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq
- 13.10.2026 [21:03]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:48]